Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək — VİDEO

İDMAN 02 noy 2019, 17:52

İran premyer liqasında Güney Azərbaycanın “Traktor Sazi” futbol klubu ilə “İstiqlal”ın qarşılaşması zamanı azarkeşlər Türkiyəyə dəstək verən şüarlar səsləndiriblər.

 

Azarkeşlər oyun zamanı “Türkiyə” şüarları səsləndiriblər. Bununla onlar həm Türkiyənin “Sülh çeşməsi” əməliyyatına, həm də bir müddət öncə hərbi salam verdiyi üçün cəza alan “Traktor” futbolçusuna dəstək veriblər. Üstəlik azarkeşlər oyundan sonra Azərbaycan dili ilə bağlı haqlarının verilməsini tələb edən şüarlar səsləndiriblər.

 

Bununla belə İran polisi azarkeşlərin Türkiyə bayraqlarıyla stadiona girməsinə mane olublar. Nəticədə 6 nəfər saxlanılıb. (Axar.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top