"Heç mən musiqini üç həftəyə öyrənə bilməzdim" – Mehriban Əliyeva (VİDEO)

MARAQLI 01 noy 2019, 19:54

Xəbər verdiyimiz kimi, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün reabilitasiya mərkəzini ziyarət edib.

 

Demokrat.az xəbər verir ki, M. Əliyeva ilə görüşdə uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Onlardan birinin çaldığı əsər M. Əliyevanı təəccübləndirib. Ona məlumat verilib ki, uşaq musiqini cəmi 3 həftəyə öyrənib. Birinci vitse-prezident isə məsələyə bu cür reaksiya verib: “Necə onu 3 həftəyə öyrənmək mümkündür? Mən heç vaxt öyrənə bilməzdim. Çox sağ ol ki, mənim üçün belə gözəl nəğmə çaldın. Ondan əvvəl pianoda çalmaq qabiliyyəti var idi?”, - deyə müəllimdən soruşub. 

 

Müəllim isə cavabında şagirdin musiqi duyumunun olduğunu diqqətə çatdırıb. 

 

Mərkəzin digər şagirdi Əlisahib Bayramov da pianoda ida edib. M. Əliyeva Ə. Bayramovun çaldığı əsərin özünün ən sevimli əsəri olduğunu bildirib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top