"Hakimiyyət YAP-ı arxivə yollayıb normal siyasi partiya yaratmalıdır"

GÜNDƏM 01 noy 2019, 17:10

“Prezident Administrasiyası öz əsl funksiyasına – dəftərxana olmağa başlayacaq, bu yaxşı xəbərdir. Aparatın yeni rəhbəri iqtisadi komandadandır – bu da məntiqlidir. Deməli aparat nazirlərə mane olmayacaq, nazirlərin isə tək səlahiyyəti deyil də, həm də məsuliyyəti artacaq”.


Demokrat.az xəbər verir ki, bu barədə ekspert, REAL partiyasının həmtəsisçisi Natiq Cəfərli məlumat verib.


Daha sonra Natiq Cəfərli bildirib:


“Amma çatışmayan bilirsiniz nədir? Hakimiyyətin özünün marağı olmalıdır ki, YAP-ı arxivə yollayıb normal siyasi iqtidar partiyası yaratsın – o zaman biz, müxalifət də siyasi dialoq çərçivəsində dəyərlərin, prinsiplərin, proqramların yarışını təşkil edə bilərik – son sözü isə seçici-vətəndaş deyəcək, uduzan udanı təbrik edib mədəni şəkildə əlini sıxacaq, udan da uduzana maraqlı mübarizə üçün təşəkkür edib gələcəkdə də siyasi fəaliyyətlərini davam etdirəcəkləri ilə bağlı zəmanət verəcək”.


Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyib ki, Yeni Azərbaycan Partiyasının fəlsəfəsi islahatçılıqdır.


“YAP yarandığı gündən indiyə qədər həmişə həm partiya içində yenilikləri tətbiq edir, eyni zamanda cəmiyyətin özünə də yenilənmə təkliflərini verib, onun təşəbbüskarı olub. Hər bir qurultayımızda cəmiyyətin inkişafı ilə bağlı çox ciddi, düşünülmüş və real tələblərə cavab verən təkliflərimiz olub və bunun da həyata keçdiyinin şahidiyik. Ona görə də hesab edirəm ki, yenilənməyə Yeni Azərbaycan Partiyasının özü həmişə hazırdır, yenilənməni həyata keçirir və başqaları üçün də nümunə olur”.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top