Elza Seyidcahan: "Azərpaşa Nemətov çaxırı görən kimi qabağa hoppandı" — Azdramanın yubiley TƏDBİRİNDƏ QALMAQAL

ŞOU-BİZNES 01 noy 2019, 15:21

Əməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azərpaşa Nemətova sərt şəkildə etirazını bildirib.
Bu barədə  danışan bəstəkar-müğənni deyib ki, sözügedən tədbirdə "Azdrama"dan daha çox A.Nemətov barədə xoş sözlər səsləndirilib:

"Gileylənməyi xoşlamıram. Konservatoriyada oxuduğum vaxtlarda İrəvan teatrının "Durnalar qayıdanda" (Vaqif Əsədovun quruluşu ilə), YUĞ "Yaşam himni" (Vaqif İbrahimoğlunun quruluşunda) kimi tamaşalarına musiqi yazmışam. O vaxt YUĞ "Azdrama"nın nəzdində fəaliyyət göstərirdi və direktor rəhmətlik Həsənağa Turabov idi. Əkrəm Əylislinin "Bağdada putyovka var", Elçin Əfəndiyevin "Sən mənim dayımsan" tamaşalarının da musiqisi mənə məxsusdur. Ancaq teatrla bağlı ən böyük işim Vahid Əzizin sözlərinə yazdığım himndir. Bu himni bilməyən aktyor yoxdur. Adətən, əlamətdar günlərdə bu himn oxunur, hətta bunu məndən tələb edirlər. 

 

O tədbirdən çıxanda da aktyorlar dedilər ki, biz o mahnını, himni gözləyirdik. Sanki günahkar mən idim. Dedim ki, bu, mənim səlahiyyətimdə deyil. Mən də məyus oldum. Sanki ora teatrın yox, Azərpaşa Nemətovun yubileyinə gəlmişdik. Tədbirin sonunda karnaval k‫imi şar, fişəng partlatmaq əvəzinə aktyorların himnini vermək daha yaxşı olmazdımı. Sənəti qoyaq bir kənara. Azərbaycan kişisinə qadına diqqət göstərmək yaraşır.  Mən bu yaşımda həm anayam, həm nənəyəm, ailə saxlayıram. Ancaq buna baxmayaraq, bəzən balalarımın boğazından kəsib, sənət əsərləri yaratmağa çalışıram. Amaliya Pənahova sağlığında dedi ki, biz aktyorları çox sevirik, amma Elza bu əsəriylə bizə sevgisini bir daha sübut etdi. Yəni, aktyorları belə sevərlər. O da, Məleykə Əsədova da bu əsəri oxumaq istəyirdi.
Bu əsəri o vaxt Firuzə Məmmədova uşaq vaxtı oxumuşdu. Biz onu Zuzu kimi tanıyırıq. Keçmiş baş nazir Novruz Məmmədovun qızıdır. O layihə Firuzənin valideynlərinin fikri idi. Bu mahnı 15 ildən artıq keçsə də, sanki bu gün yazılıb". 

 

E.Seyidcahan bildirib ki, Azərpaşa Nemətov nə sənəti, nə də teatrı sevmir:

""Azdrama"nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub. Amma o, nə aktyorları, nə də teatrı sevmir. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki,  qarnı burnuna dəyir. O qədər çaxır içib ki... (həmin ifadəni yazmırıq-İ,V.) Çaxır üçün tez  qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azərpaşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz.  Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin mən gördüm ki, aktyorlar ondan necə çəkinirlər. O tədbirdə cənab nazir Əbülfəs Qarayevin çıxışını dinlədim. İstərdim ki, Azərpaşa Nemətov heç olmasa onun dediklərindən dərs götürsün". (Ölkə.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top