İlqar Məmmədov da icazəsiz aksiyaya qarşı çıxdı

SİYASƏT 01 noy 2019, 14:03

"Real" partiyasının sədri İlqar Məmmədov Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğvini müsbət qarşılayıb. 

 

Demokrat.az xəbər verir ki, partiya sədri Milli Şuranın aksiya qərarlarına qarşı çıxıb. İ.Məmmədov ən düzgün yolun seçkilərdən keçdiyini, böyük bir kütlənin meydanlara çıxıb bu hakimiyyəti yıxmayacağını bildirib: 

 

"Hər kəs anladı ki, kütləvi aksiyanı inqilabın sehrli darvazası kimi onlara təqdim edənlər yanılırdı. Kütləvi aksiya hər şeydən əvvəl dinc və qətiyyətli mövqe ifadəsidir və belə də təqdim olunmalıdır".

 

Xatırladaq ki, Milli Şura dünən noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv olunduğunu açıqlayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top