Vüqar Həşimovun adına klub təsis edildi

İDMAN 01 noy 2019, 14:09

Vüqar Həşimov Şahmat Fondu mərhum şahmatçının adını daşıyan klub təsis edib.

 

Azərbaycan Şahmat Federasiyasından Demokrat.az-a verilən məlumata görə, "Vüqar Həşimov" klubu ilk dəfə Monteneqroda klublararası Avropa Kubokunda mübarizə aparacaq.  

 

Sərxan Həşimovun rəhbəri olduğu komandada üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvü Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa iştirak edəcəklər. 

 

Qeyd edək ki, Anar Allahverdiyev klubda oynayan məşqçi olacaq. Noyabrın 9 - 17-də keçiriləcək yarış 7 turdan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top