Xalq artisti yeganə övladını "detdom"a atıb - VİDEO

ŞOU-BİZNES 01 noy 2019, 13:34

"Bizim Cəbiş müəllim" müəllim filmində yaratdığı Cəbiş müəllim obrazı ilə yaddaşlara həkk olan aktyor Süleyman Ələskərov yeganə övladını uşaq evinə atıb.

 

Demokrat.az baku.ws-ə istinadən xəbər verir ki, bu sirri xalq artistinin nəvəsi açıb. 

 

Xalq artistinin doğma qızı Humayın qızı Nisəxanım "BizimləSən" proqramında bildirib ki, babası S.Ələskərov onun anasını Göygöl rayonundakı Uşaq evinə atıb.

 

"Babam anamı "detdom"a verib. O, pis adam olmayıb, onu buna məcbur ediblər. Daha sonra evləndiyi xanımın atası ilə anası, yəni babamın qayınatası ilə qayınanası anamı oradan götürüb saxlayırlar. Aktyorun doğma qızı kimi tanıdığımız Sevil xanım övladlığa götürülüb. Aktyorun ikinci həyat yoldaşının bacısının qızıdır, yəni baldızı qızıdır", - Nisəxanım deyib.

 

Aktyorun nəvəsi doğma nənəsini axtarmaq üçün proqrama müraciət edib.

 

Xatırladaq ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. 63 il Gənc Tamaşaçılar Teatrında çalışıb. 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top