Əli Kərimli və Cəmil Həsənli sübut etdi ki, Azərbaycan əleyhinə heç kim onlardan yaxşı işləyə bilməz! — YAZI

TƏHLİL 01 noy 2019, 11:55

"Milli Şura" adlanan təşkilatın noyabrın 2-də planlaşdırdığı növbəti məkrli oyunu yenə baş tutmadı. Bu dəfə də onlar öz havadarlarının istəyi ilə aldadıb ətraflarına topladıqları çox az sayda insanların hissləri ilə oynadılar, vədlərinə xilaf çıxdılar. Əslində, bu hamı tərəfindən gözlənilən idi. Çünki "Milli Şura", o cümlədən Əli Kərimli, Cəmil Həsənli və digərləri hər zaman sübut ediblər ki, Azərbaycan əleyhinə heç kim onlardan yaxşı işləyə, öz liderinə qarşı daha amansız satqınlıq edə bilməz. 


Əli Kərimli öz ətrafına yığdığı bir neçə sadəlöv insanları satqın olmamasına nə qədər inandırmağa çalışsa da, ancaq tarixi heç kəs dəyişə bilməz. Yaxın tarixə nəzər salsaq, Əli Kərimlinin, Cəmil Həsənlinin xəyanət xronologiyasını aydın şəkildə görə bilərik. 


Əli Kərimli kimi Cəmil Həsənli də Milli Məclisə düşə bilmədikdən sonra xalqa "demokratiya", "insan hüquqları və azadlıq" nağılları danışmağa başladı. Halbuki, Cəmil Həsənli Milli Məclisdə oturanda da bu hakimiyyəti tənqid edə bilərdi. Amma heç kəs onun Milli Məclisdə tənqidi çıxışlarını görmürdü. Əksinə, Gültəkin Hacıbəyli kimi Cəmil Həsənli də Azərbaycan hökumətinin fəaliyyətini daim təqdir edirdi, Prezident İlham Əliyevi açıq şəkildə dəstəkləyirdi. Bu barədə çox danışmaq istəmirəm, əgər kim istədə Cəmil Həsənlinin Milli Məclisdəki arxiv çıxışlarını izləyə bilər.  


Qəribəsi odur ki, 10 il deputat mandatı daşımış professor Cəmil Həsənli indi məmur korrupsiyasından danışır. Adam anlamır ki, 2005-2013-cü illərdə Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri olmuş Cəmil Həsənli vaxtilə Azərbaycanın ilk və ən böyük korrupsioner məmurunu müdafiə edib. 

 

Related image


O Fərhad Əliyev ki, iqtisadi inkişaf naziri olarkən milyardlarlda vəsaiti dövlət büdcəsindən oğurlamışdı. Cəmil Həsənli də yerlisi və "can dostu" Fərhad Əliyevlə radikal müxalifət arasında həm də vasitəçilik edirdi. Yəni, Fərhad Əliyevin ayırdığı pulları siyasətçilərə və müxalif yönlü jurnalistlərə o paylayırdı. Hətta, adam ölkə rəhbəri olmaq iddiasına da düşmüşdü. Ancaq Əli Kərimli kimi, Fərhad Əliyevin də bu arzuları puç oldu. Çünki onların liderlik potensialları arzu və istəklərindən dəfələrlə zəif idi. Onlar o zaman da xalqdan dəstək ala bilmədilər. Bəlkə də buna görə idi ki, Cəmil Həsənli müdafiə etdiyi korrupsioner qohumunu Baş nazir etdirmək üçün Qərbə az qala yalvarırdı. 


Yadıma gəlir, Əli Kərimli həmin vaxtı seçkiləri "boykot" edəndə ABŞ-ın Azərbaycandakı səfiri (1997-2000) Stenli Eskudero ilə əlbir olaraq təklif edirdi ki, İlham Əliyev Prezident, Əli Kərimli isə Baş nazir olsun. Bu açıq şəkildə Azərbaycanda xalqın iradəsini heçə saymaq idi. Ancaq İlham Əliyev yenə də qətiyyətli davranaraq, bunun Azərbaycan xalqının iradəsinə zidd olduğunu bildirdi və ABŞ diplomatının bu təklifini rədd etdi. Ona görə yox ki, həmin dövrdə Əli Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət etmişdi və bundan İlham Əliyev də ehtiyyatlanırdı. Xeyr, sadəcə olaraq İlham Əliyev hər zaman xalqın iradəsini əsas bilirdi. Radikal müxalifət liderlərindən fərqli olaraq, İlham Əliyev "nəyin bahasına olursa olsun hakimiyyətə gəlim" prinsipləri ilə hərəkət etmir, əksinə, o, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bunun məhz xalqın iradəsi ilə olmasını istəyirdi.    

 

Image result for Cəmil Həsənli Fərhad Əliyev


Son illər Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan böyük demokratik islahatlar nədənsə məhz "Milli Şura"nı narahat edir. Əslində, məntiqlə bu islahatlar radikal müxalifəti narahat etməməli, əksinə, sevindirməli idi. Çünki normal müxalifəti olan ölkələrdə bu cür islahatların aparılmasında Prezidentə dəstək verilir, alqışlanır. Amma biz görürük ki, İlham Əliyev nə qədər xalqa yaxın olursa, bu, bir o qədər radikal müxalifəti aqressivləşdirir. 


Təsadüfi deyil ki, Prezident İlham Əliyevin son islahatlarından dərhal sonra "Milli Şura"nın təyin etdiyi ard-arda qanunsuz aksiyalar da məhz ölkə başçısının gördüyü işlərə kölgə salmağa hesablanıb. Şəxsən mən bunun başqa məntiqini görmürəm. Bütün bunlar bir daha sübut etdi ki, "Milli Şura" və ora toplaşan radikal təfəkkürlü insanlar Azərbaycanda xalqın xeyrinə olan islahatları qətiyyən dəstəkləmirlər. Əksinə, onlar Azərbaycan xalqının dövlətdən narazı qalmasında maraqlıdırlar. Anlamırlar ki, Azərbaycan xalqı onları artıq 25 ildir ki, silib atıb. 

 

Image result for Cəmil Həsənli Vaşinqton


Bu gün Azərbaycan iqtidarında böyük dəyişikliklər gedir, hakimiyyət cavanlaşır. Zənnimcə, artıq növbə radikal müxalifətin - Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinindir. Onlar da dəyişməlidir. Dəyişib siyasi səhnədən getməlidirlər. Bu, Azərbaycan xalqının tələbidir!


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top