“Azəriqaz”a yeni baş direktor TƏYİN OLUNDU

GÜNDƏM 01 noy 2019, 11:46

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

 

Yeni baş direktor təyinatı təsdiqləyib.

 

R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:

 

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.(Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top