Əli Kərimli dara düşən kimi təxribat ssenarisini uydurdu

SİYASƏT 31 okt 2019, 22:01

Xəbər verdiyimiz kimi, Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv etdi. 


Demokrat.az-ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu aksiyanın ləğvini hakimiyyətin təxribat törədə biləcəyi ehtimalı ilə əlaqələndirdi. 

 

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli bu gün Vaşinqtondan müraciət yaydı və icazəsiz aksiyanın təxirə salınmasını ilk olaraq təklif etdi. Onun ardınca Müsavat Partiyasının başqanlığına namizəd olmuş Yadigar Sadıqlı Milli Şura sədrinin bu addımı doğru addım saydı və o da bu təklifin məqbuluna səs verdiyini açıqladı. 

 

Fikir verin, Milli Şura birdən-birə razılşadırılmamış aksiya təyin edir. Sonra bu aksiyanın ləğvi barədə qərar qəbul edir. Qərarın ləğvini isə özünün düşündüyü ssenari ilə qələmə verir. Guya ki, hakimiyyət razılaşdırılmamış aksiya ilə bağlı hansısa təxribat düşünür. 

 

Maraqlıdır, AXCP lideri Əli Kərimli hüquq müdafiəçisi Oqtay Güləliyevin avtomobillə vurulması ilə bağlı hansı ssenari düşünür ? Bəlkə bu qəzanın da motivi təxribat xarakterlidir ? 

 

Ümumiyyətlə, görünən budur ki, Əli Kərimli və onun bir qrup dəstəsi çətinə düşən kimi əzbərlədikləri “təxribat” məfhumunu tez-tez dilə gətirməyə öyrəşib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top