“Nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım” - İlham Əliyev

SİYASƏT 31 okt 2019, 17:45

Prezidenti İlham Əliyev Yevlax və Xaçmaz yeni icra başçılarını qəbul edərkən işdən çıxardığı Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanabayev haqqında danışıb.

 

Prezident Ş.Xanbabayevin uzun illərdir Xaçmazda çalışdığını qeyd edərək onun təcrübəli insan olduğunu vurğulayıb.
Həmçinin nazir müavini işləyərkən işdən çıxarılmasının qarşısını almasından danışıb:

 

“Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləyib. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləyib. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top