Xanhüseyn Kazımlının çıxışı qarşısında akademik də çarəsiz qaldı - VİDEO

GÜNDƏM 31 okt 2019, 14:26

Son bir neçə gündür ki, deputat Xanhüseyn Kazımlının, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışı müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, 77 yaşlı deputat fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır. 


Demokrat.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu məsələ İctimai Televiziyada yayımlanan “3D” verlişdə də müzakirə olunub. Aparıcı Dadaş Dadaşlinski qonağı AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludan deputatın nə danışdığını soruşub. Videonu izləyən professor onun dediyi anlaşılmaz cümlərlər qarşısında çarəsiz qalıb və heç nə anlamadığını deyib:

 

“Doğrusu, elə bir şey anlamadım. Yəni kəsik bir hissə verilmişdi. Mətləbin nədən getdiyini mən anlamadım. Bir dənən bildim ki, büdcə məsələsidir. bizə xaricdən gələnlər çox olur”. 

Sizə həmin verilişin videosunu təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top