Xaçmazın gənc İcra başçısı kim olacaq?

SİYASƏT 31 okt 2019, 13:02

Rzayev Elnur Şahbaz oğlunun Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı təyin olunacağı ilə bağlı sərəncamın veriləcəyi gözlənilir.

 

Demokrat.az xəbər verir ki, KONKRET.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini olan gənc məmur Elnur Rzayev 81 yaşlı Şəmsəddin Xanbabayevin yerinə gətirilir.

 

DOSYE: Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın  Aşağı Şorca kəndində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə  həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının  Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi”  ixtisası üzrə təhsil alıb.

 

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon  şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən  rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

Xatırladaq ki, bir az əvvəl saytımızda Şəmsəddin Xanbabayevin əşyalarını yığışdırıb binadan çıxması ilə bağlı xəbər yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top