Qardaş ölkədə FACİƏ - Yüzlərlə ölü və yaralı var - VİDEO

DÜNYA 31 okt 2019, 10:56

Pakistanın Rahim Yar Han şəhərində sərnişin qatarında partlayış, ardınca isə güclü yanğın baş verib.

 

Demokrat.az Redaktor.a-a  istinadən xəbər verir ki, hadisə zamanı azı 65 nəfər həyatını itirib. Çox sayda insan yaralanıb.

Məlumata görə, Kəraçi-Ravalpindi marşrutu üzrə hərəkət edən qatarın 3 vaqonu yanğın nəticəsində tamamilə sıradan çıxıb. Pakistan Dəmir Yollarından bildirilib ki, partlayışa səbəb sərnişinlərdən birinin daşıdığı kiçik qaz balonu olub.

Partlayışdan sonra həyəcan keçirən sərnişinlərdən bəziləri vaqonlardan tullandığı üçün həyatını itirib. Faciə baş verən əraziyə helikopterlər və təcili yardım briqadaları cəlb edilib. Ordu da yaralılara müdaxilə edilməsi üçün həkimlər göndərib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top