Oqtay Gülalıyevin üzərində neyrocərrahiyyə əməliyyatı başlayıb — YENİLƏNİB

GÜNDƏM 30 okt 2019, 16:25

Saat 12:30-a yaxın City Hospital klinikasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin üzərində neyrocərrahiyyə əməliyyatı başlayıb.


Bundan öncə Səhiyyə Nazirliyi bildirmişdi ki, zərərçəkənə kompüter tomoqrafiyası edilib. Həkimlər kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozu qoyublar. 


“Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”, - press-relizdə deyilir.


Yaxın qohumlarının təkidilə O.Gülalıyev City Hospital özəl klinikasına köçürülüb. Vəziyyəti ağırdır.


*   *   *

(12:59:26)


Bu gecə hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib. 


Demokrat.az xəbər verir ki, bu barədə Turan-a onun həyat yoldaşı Firəngiz Gülalıyeva bildirib. Bu gün səhər o, Citi Hospital-da O.Gülalıyevi müalicə edən həkimlə danışıb.


Həkim deyib ki, hüquq müdafiəçisinin vəziyyəti pisləşib. Beyinə qansızma genişlənib. Beyninin sol tərəfi işləmir. Hazırda süni nəfəs aparatına qoşublar, çünki özü nəfəs ala bilmir. Bundan əlavə MRT ediləcək.


Citi Hospital-da deyiblər ki, pasientin vəziyyəti barədə məlumatı ancaq baş həkim verir. Və bunu səhər saat 11:00-da edəcək.


Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətində deyiblər ki, O.Gülalıyev ötən gün axşam Kliniki Mərkəzə aparılıb.


Ona kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozu qoyulub.  Qohumlarının xahişilə özəl klinikaya köçürülüb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top