Ərdoğandan “erməni soyqırımı” ilə bağlı qətnaməyə münasibət: “Güvəndikləri dağları başlarına yıxmışıq”

DÜNYA 30 okt 2019, 15:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələrə münasibət bildirib.

 

Demokrat.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının Qrup toplantısında çıxış edən R.T.Ərdoğan deyib ki, bu qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur.

 

“Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb, özləri oynayırlar. Bununla belə, ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq”, - deyə Prezident əlavə edib.

 

R.T.Ərdoğan Türkiyəni hədəf alan ölkələrə də xəbərdarlıq edib:

 

“Türkiyəni Suriya, İraq, Liviya kimi edə biləcəklərini düşünürlər. Biz isə onlara nüfuz edərək, güvəndikləri dağları başlarına yıxaraq cavab vermişik”.

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma “erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib.

 

Bu qətnaməni hər iki partiyanın konqresmenləri dəstəkləyiblər. İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin lehinə 405, əleyhinə 11 millət vəkili səs verib.

 

Nümayəndələr Palatası Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini də böyük səs çoxluğu ilə qəbul edib.

 

Qanun layihəsi Vaşinqtonla Ankaranın Suriya barədə əldə etdiyi razılaşma ilə bağlıdır.

 

Xəbərdarlıq edilir ki, Türkiyənin Suriyanın şimalına müdaxiləsinə dair əldə olunmuş razılaşma NATO müttəfiqinin Suriyaya müdaxiləyə görə cəzalandırılmasını istisna etmir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top