“Yazıçılar Birliyi nə qədər təmizlənsə, bir o qədər yaxşıdı...”

MARAQLI 30 okt 2019, 13:17

Xəbər verdiyimiz kimi hazırda Avropada qaçqın həyatı yaşayan tanınmış şair Saday Şəkərli dünən Azərbaycan Yazıçılar Birliyindən istefa verdiyini açıqlayıb. 

 

S.Şəkərli onun mənzil payının AYB-sədri yazıçı Anar tərəfindən əlindən alındığını bildirib. O, deyib ki, həbsdə olduğu müddətdə AYB tərəfindən ailəsi üçün heç bir maddi yardım göstərilməyib. 

 

Məsələylə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarla əlaqə saxladıq. AYB sədrinin S.Şəkərliylə bağlı Moderator.az-a açıqlaması isə konkret oldu:

 

“Saday Şəkərlinin Azərbaycan Yazıçılar Birliyindən istefa verməsindən xəbərsizəm, indi sizdən eşidirəm. Əgər istefa veribsə, lap yaxşı. Yazıçlar Birliyi nə qədər təmizlənsə, bir o qədər yaxşıdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top