Əli Kərimli özünü belə ifşa etdi — FAKT

GÜNDƏM 30 okt 2019, 12:05

Əli Kərimli bütün siyasi fəaliyyəti boyu yalnız xaricə satılmaq üçün mübarizə aparıb. Onun bu fəaliyyəti indi də davam edir. 


Son vaxtlar təşkil etmək istədiyi qanunsuz aksiyaların "səmərə" vermədiyini görən Əli Kərimli artıq öz havadarlarına dəstək almaq üçün açıq çağırışlar etməyə başlayıb. Əslində, bununla o növbəti dəfə öz simasını ifşa edir. 


Xalqdan dəstək ala bilməyən Kərimli indi insanları icazəsiz mitinqlərə çağırır, özünün qanunsuz hərəkətlərinə Qərbdən dəstək verilməsini istəyir. 


Əli Kərimli bu yolla həm də öz dayaqlarının xalq deyil, Qərbin bir sıra təşkilatları olduğunu da etiraf edir. 


Diqqət edin, Əli Kərimli özünün feysbuk səhifəsində iftixarla yazır:


"Bu gün Avropa Birliyinin Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşümüz oldu. 19 oktyabr mitinqi zamanı baş verənləri ətraflı müzakirə etdik. Səfir AB-nin 19 oktyabr gecəsi açıqladığı rəsmi mövqeyi bir daha vurğuladı...".


Özünü "ana müxalifət" lideri adlandıran Kərimli bununla necə aciz vəziyyətdə olduğunu, xalqdan dəstəyini tamamilə itirdiyini etiraf edir və köməyi Avropa Birliyindən istəyir. 

 


Əslində, Əli Kərimlinin mahiyyəti və xisləti tamamilə xaricə satılmağa köklənib. Ona xalqın hər hansı problemi qətiyyən maraqlı deyil. Sadəcə xalqın adından istifadə etməklə öz qrantlarının məbləğini artırmağa və tora saldığı insanları radikal hərəkətlərə sürükləməyə çalışır. 


Bu gün Əli Kərimliyə Azərbaycan cəmiyyətində heç kəs inanmır, bel bağlamır. O özü də bunu gözəl bilir. Və buna görədir ki, bu gün Əli Kərimli dəstəyi xalqdan deyil, məhz Avropa Birliyindən gözləyir. İndi bütün həqiqətlər ortadadır, maskalar cırılıb, xalq da bunu görür. Bu səbəbdəndir ki, indi onun ətrafında barmaqla sayılacaq sayda şəxslərdən savayı heç kəs qalmayıb....

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top