Deputatdan Polad Bülbüloğluna: Əgər səfir olmasaydı...

MARAQLI 30 okt 2019, 11:36

"Polad Bülbüloğlu ilə mənim polemikam ola bilməz. Çünki o, Azərbaycanı təmsil edir. Əgər o, səfir olmasaydı, onunla məmnuniyyətlə polemikaya girərdim. Onun dəymişləri qala-qala kalları tökülərdi". 

 

Bu sözləri millət vəkili Araz Əlizadə İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən bildirib. 

 

Araz Əlizadə həmçinin Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasovla bağlı fikirlərinə də aydınlıq gətirib:

 

"Fuada gəldikdə isə, ona türk vətəndaşı Dürrə televiziya verilişində cavab verdi ki, sən nəhayət müəyyən elə hansı ölkənin jurnalistisən. Türkiyənin, yoxsa Azərbaycanın. Mən də ona görə demişdim ki, Fuad heç də Azərbaycanın mövqeyini müdafiə etməyib. Əksinə, səviyyəsinə görə, gülüş obyektinə çevrilirdi.

 

Mənim sözüm də ondan ibarət idi ki, Azərbaycanda rus dilini mükəmməl bilən yaxşı politoloqlar var. Onlardan birini göndərmək lazımdır ki, Azərbaycanın təmsilçisi olsun. Çünki tok-şouda 8 ekspertdən 5-i erməni olur". (BAKU.WS)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top