Hafiz Paşayev Demokrat.az-a DANIŞDI - İstefası ilə bağlı

GÜNDƏM 29 okt 2019, 22:04

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciətindən danışıb.

 

Hafiz Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, o, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunması ilə bağlı ölkə başçısına müraciət edib:

 

"Cənab Prezidentin son çağırışından sonra öz ərizəmlə ölkə başçısına müraciət etmişəm. Təqaüd yaşı çatan digər məmurlara çağırış etmək mənim vəzifəm olmasa da, düşünürəm ki, ölkə Prezidentinin bununla bağlı tövsiyəsi təqdirəlayiq addımdır. Bundan sonra fəaliyyətimi ADA-da rektor kimi davam etdirəcəm".

 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top