Prezident Ağdaşa üç milyon manat ayırdı

SİYASƏT 29 okt 2019, 15:05

Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top