Vladimir Cabarov: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, danışıqlar lazımdır"

SİYASƏT 29 okt 2019, 14:17

"Təəssüf ki, bu gün Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri bir-birinə ziddir... Ancaq münaqişənin hərbi yolla həlli yoxdur. Uzun və çətin danışıqlar lazımdır. Ən əsası, tərəflər qarşılıqlı güzəştlərə və hətta kompromis həll yollarına hazır olmalıdırlar".

 

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov "Parlament qəzeti"nə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib.

 

O, bu münaqişəsinin postsovet məkanında ən uzunmüddətli problem olduğunu vurğulayıb.

 

V.Cabarov bildirib ki, münaqişə zamanı tərəflərin bir-birinə qarşı çoxsaylı qəzəbi və iradı toplanıb: "Axı, 30 il ərzində bu iki xalqın Sovet İttifaqı daxilində dinc və yanaşı yaşadığı zamanların olduğunu bilməyən ermənilərin və azərbaycanlıların iki nəsli yetişib. Zaman keçməlidir, məlumdur ki, o, hər şeyin dərmanıdır".

 

V.Cabarov Cənubi Qafqazın bütün respublikalarının - Azərbaycan, Gürcüstan və Ermənistanın zamanla bir-birləri üçün mehriban qonşu olacağına ümid etdiyini bildirib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top