Ayaz Salayev: "Erotika insan həyatının ən mühüm mövzusudur"

MARAQLI 29 okt 2019, 13:08

Kinorejissor Ayaz Salayev İTV-də "3 D" verilişinin qonağı olub.


"Dadaş Dadaşlinski"nin suallarını cavablayan rejissor bir sıra maraqlı açıqlamalar edib. 
Ayaz Salayev öncə bildirib ki, filmi çəkərkən yalnız pul qazanmağı düşünən rejissorlara nifrət edir:

 

"Azərbaycandakı belə rejissorlara da hörmətim yoxdur. Bəlkə də görüşəndə salamlaşıram, üzlərinə gülürəm, amma..."

 

"Azərbaycana erotik film lazımdırmı?" sualına cavab olaraq rejissor qeyd edib ki, erotik film yox, filmdə erotika tamamilə lazımdır. 

 

"Erotikanın mənəviyyatsızlığa aidiyyatı yoxdur. Kino insan həyatını göstərir. Erotika insan həyatının ən mühüm mövzusudur. Dünya kinosunun da ən başlıca mövzularından biri erotikadır. Mən film çəkəndə ona ehtiyac görsəm, yenə də istifadə edəcəyəm". (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top