Həmidovun dəbdəbəli malikanəsi üzə çıxdı - VİDEO

DÜNYA 28 okt 2019, 23:59

Rusiya İstintaq Komitəsi Dağıstan hökumətinin keçmiş başçısı, korrupsiyaya görə həbs edilən və bu gün barəsində hökm oxunan Abdusamid Həmidovun dəbdəbəli malikanəsinin görüntülərini yayıb.

Demokrat.az xəbər verir ki, İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko malikanənin “özbaşına tikildiyini” açıqlayıb. Ev Həmidovun doğma kəndində-Dağıstanı Levaşinsk rayonunun Mekeqi kəndində yerləşir.

Kadrlara əsasən Həmidovun malikanəs bahalı mebellə döşənib. Yataq otağında “king size” ölçülü nəhəng çarpayı var. Qonaq otağında pələng müqəvvası qoyulub.

Xatırladaq ki, Moskvanın Lefortovo rayon məhkəməsi Həmidovu və onun müavini Rayuddin Yusifovu 40 milyon rubl vəsaitin talanmasında təqsirli bilib. Məhkəmə Həmidovu 6 il yarım, müavinini isə 5 il yarım həbsə məhkum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top