Andranik heykəli ilə də erməniləri dünyada rüsvay etdi: “Yubkalı qəhrəman”

DÜNYA 28 okt 2019, 20:22

Erməni ictimaiyyəti qondarma “qəhrəman”ın heykəlinin sökülməsini tələb edir


Oktyabrın 26-da Vanadzor şəhərində türk xalqının tarixi düşməni, öz qaniçənliyi ilə ad çıxaran məşhur terrorçu Andranikin heykəlinin açılışı olub.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, heykəlin açılışını böyük maraqla gözləyən erməni ictimaiyyəti, açılışdan sonra nəinki məyus olub, həm də hiddətlənib. Buna səbəb Andranikin heykəlinin “heç bir qəhrəman obrazına” uyğun gəlməməsi olub.

 

Erməni ictimaiyyəti iddia edir ki, 8 metr uzunluğunda olan tunc heykəl ermənilərin “məşhur qəhrəmanını” bütün dünyada rüsvay edir. Onlar iddia edir ki, heykəli dövrələyən qayalar qayadan daha çox yubkanı xatırladır. Bu isə Andraniki “yubkalı qəhrəman” kimi səciyyələndirir.

 

Erməni toplumunu pərt edən digər bir məqam isə Andranikin qılıncının qınında olmasıdır. Erməni qılıncının dinc insanların qanı ilə boyanmasına adət edən düşmən toplumu hesab edir ki, qılıncın qında deyil, siyrilmiş halda olması Andranikin “qəhrəman” obrazı ilə daha çox üst-üstə düşərdi. Odur ki, bu və digər məqamları əsas gətirən ictimaiyyət Andranikin heykəlinin ortadan götürülməsini və onun yerində “qəhrəmana “layiq daha möhtəşəm və “abırlı” bir heykəlin düzəldilməsini tələb edir. (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top