İlham Əliyevlə Paşinyanın görüşü gözlənilmir

SİYASƏT 28 okt 2019, 16:46

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyanın Aşqabaddakı danışıqları faydalı olub”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Bolqarıstanın XİN rəhbəri Yekaterina Zaxariyeva ilə ortaq brifinqdə bildirib. 

 

Onun sözlərinə görə, hazırkı mərhələdə hər iki lider arasında yeni görüş planlaşdırılmır:

 

“Görüşlərin xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi planlaşdırılır. Onlardan biri önümüzdəki aylarda reallaşacaq, bu barədə artıq məlumat verilib.

 

Gündəlik məsələsinə gəldikdə, danışıqlar masasında birbaşa sülh yolu ilə tənzimlənmə və buna nail olmaq üçün bir atmosferin yaradılması ilə bağlı məsələlər var. Daha əvvəl əldə edilmiş, lakin hələ də icra mərhələsindəki konkret addımlar və razılaşmalar müzakirə olunacaq. İndi tərəflər diqqətini bu məsələlərə yönəldiblər”.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra bir araya gəliblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top