Bolqarıstan XİN-dən Qarabağ AÇIQLAMASI

SİYASƏT 28 okt 2019, 16:27

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun himayəsi altında həll olunmalıdır.

 

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Yerevanda jurnalistlərə açıqlamasında Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zaxarieva deyib.

 

Nazir Bolqarıstanın Azərbaycan və Ermənistanla əlaqələrinin yaxşı olduğunu bildirib.

 

Həmçinin qeyd edib ki, ölkəsinin Azərbaycandan qaz almaq planları olduqca vacibdir.

 

Onun sözlərinə görə, stabillik, əmin-amanlıq, dondurulmuş münaqişələrin həlli Avropa Birliyinin prioritetidir.

 

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk Qrupunun himayəçiliyi ilə həll edilməlidir.

 

Y.Zaxarieva qeyd edib ki, ölkəsinin Cənubi Qafqazla bağlı xüsusi yanaşması mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top