“İslahatların yeni dalğası gəlir” — Elman Rüstəmov hökumətdə yeni dəyişikliklərin olacağını təsdiqlədi

GÜNDƏM 28 okt 2019, 13:40

Hökumətdə yeni dəyişikliklərin olacağını Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da modern.az-ın sualını cavablandırarkən təsdiqləyib.


“İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır” –  deyə Rüstəmov bildirib.


Elman Rüstəmov deyib ki, islahatların yeni dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək: 


“Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top