"Bu gün Qarabağ problemi Rusiya-ABŞ-Türkiyə-İran konteksində çözülür" – Qulu Məhərrəmli

SİYASƏT 27 okt 2019, 21:55

Xəbər verildiyi kimi, rusiyalı politoloq Yevgeni Mixaylov ötən gün iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonun “ Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür.

 

“Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”, - Mixaylov deyib.

 

Maraqlıdır ki, zaman-zaman müxtəlif səviyyələrdə bu kimi iddialar səsləndirilsə də reallıqda problemin həllini ölü nöqtədən çıxarmaq mümkün olmayıb. 

 


Moderator.az-ın əməkdaşı bu acı reallığı nəzərə alaraq siyasi şərhçi, professor Qulu Məhərrəmlidən "Hamı bu il Qarabağ düyününün açılması istiqamətində nəzərəçarpacaq addım atılacağını düşünürdü. Şəxsən sizin qənaətiniz nədir? Millətimiz üçün "Qordi düyünü"nə çevrilmiş bu bəladan qurtulacağımız gün uzaqdamı?" sualına aşağıdakı cavabnı alıb:


"Təəssüf ki, Qarabağ problemi bu gün Azərbaycan üçün "Qordi düyünü"nə çevrilib və əlbəttə ki, bu düyünü çözmək üçün ancaq qılıncla doğramaq mümkündür. Çox təəssüf ki, indiki beynəlxalq şərait o qılıncı işlətməyə imkan vermir. Mən ümumiyyətlə son zamanlar vətəndaş cəmiyyəti səviyyəsində bu problemə həssaslığı, onun həlli ilə bağlı istəklərin, narahatlığın çoxaldığını duyuram və bunu təqdir edirəm. Mənə elə gəlir ki xalqın bu istəyi və narahatlığı əvvəlki illərdən daha aktiv şəkildə ifadə olunur və mənə elə gəlir ki, hakimiyyət də buna müəyyən dərəcədə diqqət yetirəcək. Problem niyə həll olunmur? Son 10-15 ildə problem regionda gedən geosiyasi proseslərin əsirinə çevrilib. Yəni Rusiyanın istəyi, mövqeyi bu məsələdə həlledicidir və yüksək səviyyədə Rusiya-Amerika-Türkiyə münasibətlərinin mövcud durumu problemə birbaşa təsir edir. İran da hərdən belə bir oyunçu kimi çıxmağa cəhd edir, ancaq heç nəyi həll edə bilmir. Yəni çox təəssüf ki, bu gün Qarabağ problemi Rusiya-ABŞ-Türkiyə-İran konteksində çözülür. Yəni bu, artıq dövlətlərarası münasibətlərdə bir elementə çevrilib. Ona görə də indiki halda bu problemin iddia olunduğu kimi, bu ilin sonuna doğru və ya yaxın aylarda həlli mənə çox dumanlı görünür. Bütün mübahisələrə baxmayaraq bu problemin sülh yolu ilə həlli indiki halda görünmür. Nə ermənilərin güzəştə getməyi, nə hansısa modelin tətbiqi real deyil. Yəni nonsensdir. Ona görə də hesab edirəm ki bu problemə tamamilə yeni rakursdan və yeni həll üsulları baxımından yanaşmaq lazımdır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top