“O səs Türkiyə” münsifləri: “Sevda Ələkbərzadə qorxunc istedaddır” (VİDEO)

ŞOU-BİZNES 27 okt 2019, 15:04

Ötən gün "O səs Türkiyə” yarışmasında türkiyəli iştirakçı Ayşenur Gül Əməkdar artist Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib.

 

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, onun "Elə demə” xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.

 

"Bu normalda Azərbaycan xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz "cover” şəklində ifa edib” deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, "Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, qorxunc bir istedaddır” sözlərini söyləyib.

 

Seda Sayan isə "Qorxunc bir qırtlaqdır” deyə, sənətçini tərifləyib.

 

Qeyd edək ki, Murat Boz bir neçə ay öncə Azərbaycana səfər edərkən də Sevda Ələkbərzadənin heyranı olduğunu söyləmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top