Millimiz elit-raunda lider kimi yüksəldi

İDMAN 26 okt 2019, 23:14

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxıb.


Demokrat.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən oyun qrup birincisinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. Azərbaycan yığması rəqibini məğlub etməklə (2:0) qrupu birinci pillədə başa vura bilib.

 

Görüşdə hesab 29-cu dəqiqənin 21-ci saniyəsində açılıb. Braziliyalı legioner Bonilya Azərbaycan millisini önə keçirib. 34-cü dəqiqənin 38-ci saniyəsində digər braziliyalı oyunçu Vassoura fərqi iki topa çatdırıb.

 

Qeyd edək ki, ilk iki turda Slovakiya və Azərbaycan milliləri qələbə qazanmaqla elit-raunda vəsiqəni öncədən təmin ediblər. Yığma birinci turda Moldovanı 3:1, II turda isə Monteneqronu 3:2 hesabı ilə üstələyib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top