"Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə keçməsi beynəlxalq miqyasda yüksək fəallığın nümunəsidir" – Əli Əhmədov

GÜNDƏM 26 okt 2019, 18:10

"Qoşulmama hərəkatının zirvə görüşünün Bakıda keçirilməsi və hərəkata sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu".

 

Demokrat.az xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. 

 

Ə.Əhmədov Qoşulmama hərəkatına sədrliyin 3 il ərzində Azərbaycana keçməsini növbəti uğur adlandırıb: 

 

"Dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama hərəkatı müasir beynəlxalq problemlərin intensiv şəkildə müzakirə olunduğu əhəmiyyətli diskussiya platformasıdır. Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həllinə dünya birliyinin diqqətinin cəlb edilməsində onun böyük rolu danılmazdır.


Qoşulmama hərəkatına sədrliyin növbəti 3 il ərzində Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında aktiv iştirakçıya çevrildiyini, bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə töhvə vermək niyyətini və imkanlarını isbata yetirir. İlham Əliyevin fəal xarici siyasəti yeni uğurlar qazanır, Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır.
Uğurlar, Azərbaycan!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top