Hicablı futbolçuya rəqib oyunçular belə kömək etdilər - VİDEO

İDMAN 25 okt 2019, 16:37

Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi qadınlardan ibarət çempionatda hicablı futbolçu ilə bağlı maraqlı epizod yaşanıb. 

 

"Ərəb pravoslav klubu" və "Şabab əl-Ordon" klubları arasındakı qarşılaşmada ikincilərin futbolçuları ibrətamiz addım atıblar. 

 

Epizodların birində hicabı açılan futbolçuya kömək məqsədilə onu mühasirəyə alan rəqib oyunçular bununla ona örpəyini bağlamağa şərait yaradıblar. 

 

Görüntülər sosial şəbəkədə milyonlarla izləyici tərəfindən maraqla qarşılanıb. (BAKU.WS)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top