19 oktyabr mitinqi: Kərimli suyu bulandırsa da, balığı tuta bilmədi

GÜNDƏM 25 okt 2019, 11:06

19 oktyabr mitinqi ilə bağlı müzakirələr səngimir. Təşkilatçılar mitinqin öz məqsədlərinə çatdığını iddia etsələr də, müstəqil icmalçılar əks arqumentlər qoyur, baş verənlərin ölkəmizdə həyata keçirilən islahatlar prosesinə zərbə vurmaq üçün ortaya atılmış ssenari olduğunu bəyan edirlər.


Bu arada AXCP sədri Əli Kərimli davamlı olaraq müxalif TV-lərdə (əgər onlara TV demək mümkünsə) radikal çıxışlar edərək, mitinqdən ən müxtəlif məqsədlər, iqtidarın ondan çəkinməsindən tutmuş son kadr dəyişikliklərinə bu amilin səbəb olmasına, qarşıda daha izdihamlı mitinqlərin keçiriləcəyindən tutmuş özü haqqında vicdanlı siyasətçi obrazını yaratmağa qədər çeşidli məqsədlər üçün istifadə edir.


Kərimlinin naşı oyunçu və sıradan siyasətçi olmadığını nəzərə alaraq, haqqında bəhs edilən mövzunun ciddi araşdırma predmeti kimi dəyərləndirilməsi gərəkir.


Yaxınlaşdır, tələ yemindən istifadə elə…


Başlayaq Kərimlinin qol-qola girib, yaşadığı binanı tərk etməsindən. Ona qarşı nəinki heç bir hücum, ümumiyyətlə hər hansı irad olmadığı təqdirdə AXCP sədri “Məni tutun” çağırışları səsləndirir, bu yolla həm özünü bəribaşdan təslim etməklə “mümkün təhlükələr”dən qorunmağa, həm də meydan eyforiyasını oyadıb, “qəhrəman” olmağa çalışır. Vaxtı uzadır da. Müsahibə verir, təkrar-təkrar eyni fikirləri səsləndirir. Görəndə ki, reaksiya yoxdur, “haydı getdik” deyərək, hətta qanunsuz olaraq elan etdiyi mitinq yerinə çatmamış aksiyaya başlayır. Hüquq-mühafizə orqanlarını təxribata sürükləyən AXCP sədri şəhərin ən pik yerində nəqliyyatın hərəkətini iflic edir. Elə bir vəziyyət yaradır ki, asayiş keşikçilərinə alternativ buraxmır. Gərgin şəraitdə tələm-tələsik həbsinə hazırlaşan Ə.Kərimli bilirdi ki, bundan sonra “məni döydülər, qabırğalarım sındı, bir saniyə bəs idi ki, ölüm” şousunu yarada biləcək. Çox məharətlə tələ yemindən istifadə edən Ə.Kərimli həbsdən çıxanda artıq nəinki öz tərəfdarlarının, hətta iqtidar düşərgəsində olanların da rəhmini qazanmışdı.


Güzgü effekti və tərkisilah olunan sadə insanlar…


Oyunun əsas, nəhayət ikinci hissəsi qarşıdaydı və 30 ilin oyunbaz komsomolu əvvəlcə mağmın, yazıq obrazı almalı, sonra vicdan pərdəsinə  bürünməli, ardınca “Mitinqi siz təyin edin, biz qərar verək” mesajını ötürərək, “vətəndaş mövqeyi”nin önəmini qabartmalı, obıvatelin “incə damarı”na nüfuz etməli, “Biz istəmirik ki, sizi döysünlər” bəyanatı ilə Azərbaycan siyasətində qeyri-adi lider obrazını yaratmağa müvəffəq olmalı idi. Hər şey ssenari üzrə gedirdi. Osmanqızının ağlamasından tutmuş Kərimlinin “canım xalqa fəda” tezisinə qədər hər şey əvvəlcədən cızılmışdı. O bilirdi ki, Azərbaycan cəmiyyəti çox həssasdır və bu cür siyasi oyunlarla onlara nüfuz etmək mümkündür.


Hallusinasiya, patoloji-özünəvurğunluq, yoxsa “gizli rıçaq”


Onun son müsahibələri zamanı səsləndirdiyi fikirlər aydın şəkildə ortaya qoyur ki, Əli Kərimli artan yaşı fonunda iqtidara yiyələnə bilməyəcəyini anlayır və bunu həzm etmir. O buna nail olmaq üçün nələrdən keçib?! Mərhum lideri Əbülfəz Elçibəyə xəyanətdən tutmuş iqtidarla separat anlaşmaya gedib, parlamentdə güclənməyə qədər böyük yol keçib. Axı o zamanlar parlamentə getməsəydi, iqtidarla separat əməkdaşlıq etməsəydi, onu İbrahim İbrahimli, Ədalət Tahirzadə kimi cəbhəçilərin taleyi gözləyəcəkdi. Neyçün ki, İbrahim İbrahimli AXCP-də sədrin birinci müavin olanda, Kərimli 8 müavindən biri idi. Görünür baş verənlər onun psixoloji durumunda da dərin izlər buraxıb və bu məqsədə doğru yolda hər şeyə, sadə insanları aldatmağa, min dona girməyə, lazım gələrsə döyülməyə də hazırdır.


Homoseksual çağırış: “Qəzəbliyəm axı, necə susum?!”


Bu arada homoseksual, ölkədə geylərin və transseksualların hüquqlarını müdafiə edən Cavid Nəbiyev də bəyanat paylaşıb. O deyir ki, BMT-nin tədbirində iştirak etdiyinə görə, son hadisələri dərindən izləyə bilməyib və bu səbəbdən məsələyə gec reaksiya verməli olacaq.


SİTAT: “AXCP sədri Əli Kərimliyə qarşı göstərilən şiddət digərlərindən fərqlənir, hәm onun kimliyi, hәm dә sublimal mesaj baxımından. Etiraf edim ki, Əli Kәrimlinin evdən çıxması anı da, orada göstərilən hadisələr də mənə təsir etdi. Mәnim üçün dəyərlər şəxsin kimliyindәn öncə gəlir və istənilən şəxsin işgəncəyə məruz qalmasına susa bilmərəm. Bu demokratik dәyәrlәr uğrunda mübarizә aparan hәr kәs üçün hәyәcan siqnalı olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top