İlham Əliyev Həsən Ruhani ilə görüşdü – FOTOLAR/YENİLƏNİB

SİYASƏT 24 okt 2019, 20:33

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

 

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev deyib:


- Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycana xoş gəlmisiniz.

 

Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisata Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək.

 

Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.

 

Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi hazırda, eyni zamanda, Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda, keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir.

 

Yəni, elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

 

***

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

 

Bu barədə Prezidentin Mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

 

 

 

***

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top