Rusiyada azərbaycanlılardan ibarət dəstə ələ keçdi

KRİMİNAL 24 okt 2019, 17:14

Rusiyanın Ulyanovsk vilayətində dörd azərbaycanlıdan ibarət cinayətkar dəstə ələ keçib. 

 

Onlar oktyabrın 4-də biznesmeni oğurlamaqda ittiham edilirlər. 

 

Məlumatlara görə, onlar iş adamını ölümlə təhdid edərək, 100 milyon rubl (2,66 milyon manat - red.) tələb edib. 

 

Qeyd edilib ki, saxlanılanlardan birinin üzərindən tapança aşkarlanıb. 

 

Aparılan araşdırmalar zamanı tutulanlardan birinin oğurluqla əlaqədar Rusiyada əvvəllər məhkumluq həyatı yaşadığı aydınlaşıb. 

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top