"Hər birimiz Prezident İlham Əliyevə dəstək verməliyik"

SİYASƏT 24 okt 2019, 14:35

İctimai-siyasi sabitliyi qoruyaraq, onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik.

 

Mən indiki dövrü şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, neftimiz tükənir, əksinə kifayət qədərdir. Ancaq biz iqtisadi inkişafımızı qeyri neft sektoru üzərində qurmalıyıq.

 

Bu fikirləri prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin edərkən səsləndirib və dayanıqlı inkişafın təmin olunması üçün islahatların dərinləşdirilməsi, ÜDM-nin strukturunda qeyri neft sektorunun artım tempinin təmin olunması istiqamətində strategiyanı müəyyənləşdirib.

 

Prezident reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, dövlətin əsas iqtisadi dayaqları hesab olunan, sahibkarlığın inkişafının qarşısının məmurlar tərəfindən alınması, qanunsuz himayədarlıq, öz işlərini qurmağa imkan tapmamış çoxsaylı problemlərin süni şəkildə yaradılması faktlarının aradan qaldırılması barədə ciddi tapşırıqlar verib.

 

Hər kəsə bəllidir ki, bu neqativ hallar subyektiv xarakter daşıyır və bilavasitə dövlət idarəetmə sisteminə təsadüfən düşmüş qeyri peşəkar, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan məmurlar tərəfindən edilir. Təəssüf ki, iyirmi birinci əsrdə, rəhbərlik etdiy kollektivlərdə və yaxud inzibati ərazilərdə çalışan insanları qorxu altında saxlamaq, şantaj etmək, hər addımda hüquqlarını pozmaq və bundan maniyakal şəkildə zövq almaq bəzi məmurların həyat kredosuna çevrilib. Belə davranışlarla, bu tipli, özünəvurğunlar, təmsil etdikləri komandaya, dövlətçiliyə olduqca böyük zərbə vururlar.

 

Cənab Prezidentin kadr islahatlarının aparılmasının vacibliyi, ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri, xalqımız tərəfindən çox yüksək qarşılandı. Müasir dövrün tələblərinə cavab verməyən kadrların, gənc, kreativ, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir.
2020-ci ildə sosial rifah halının daha da yaxşılacağı, minimum əmək haqqları, pensiya və müavinətlərin, orta aylıq maaşların artacağı ilə bağlı Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu və gələcəyə inamı daha da artırdı.

 

Əziz həmvətənlər.

Ortada Azərbaycanı daha da sürətli inkişaf etdirəcək siyasi iradə vardır və bu siyasi iradənin real həyata keçməsi üçün hər birimiz Prezident İlham Əliyevə dəstək verməli , ictimai-siyasi sabitliyi qoruyaraq, onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top