Roza Zərgərli zəhərlənərək komaya düşdü

ŞOU-BİZNES 24 okt 2019, 13:26

Müğənni Roza Zərgərli haqqında çıxan “xəstəxanalıq oldu” xəbərlərinə münasibət bildirib.


Demokrat.az axşam.az-a istinadən xəbər veri ki, sənətçi açıqlamasında komaya düşdüyünü etiraf edib:


“Zəhərlənmişdim. İki gün xəstəxanada yatdım. Mediaya çıxmasını istəmirdim. Hazırda müalicə alıram. Bilirsiniz ki, uzun müddətdir ayağımda ağrılar var. Onları azaltmaq üçün ağrıkəsici həblər qəbul edirdim.


Bu il Heydər Əliyev Sarayında səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. İş rejimim çox ağırdır deyə, dərmandan çox istifadə edirəm. Sən demə, o qədər istifadə etmişəm ki, artıq əks-təsir verməyə başlayıb. Dəri zəhərlənməsi verdi, bədənimdə suluqlar əmələ gəldi. Düşünmədim ki, bu, dərmandan irəli gələr. Üç gün ard-arda dərmanı içdim. Məni komaya saldı”. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top