67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun"

MARAQLI 23 okt 2019, 17:09

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkələrdə yaşlı vəzifə sahibləri əleyhinə yazılanlara özünəməxsus tərzdə münasibət bildirib.

 

Demokrat.az-ın Moderator.az-a istinadən məlumatına görə, 67 yaşlı səfir bildirib:

 

“Bir az da klassikanı oxuyun:

 

"Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi əlbəttə, yüz oğlana dəyər".

 

Tarixi qaynaqlara inansaq, təxminən 85-90 yaşlı Molla Vəli Vidadi 75-80 yaşlı "gənc dostu" Molla Pənah Vaqifdən daha güclü və enerjili olduğunu iddia edərək, məşhur deyişmədə belə demişdi!”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top