Milli Elmlər Akademiyasının yeni prezidenti Ramiz Mehdiyev olacaq — MƏNBƏ

GÜNDƏM 23 okt 2019, 13:47

Bu gün saat 16:00-da Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, AMEA-nın prezidentliyinə 3 nəfərin namizəd olacağı gözlənilir. Bunlar akdemiklər - Ramiz Mehdiyev, Nərgiz Paşayeva və Rasim Əliquliyevdir. 


Akademiyanın prezidenti postuna Ramiz Mehdiyevin seçilmə şansının böyük olduğu bildirilir.


Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. 


AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. 


Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top