Putinlə Ərdoğan Soçidə 6 saat danışıq apardı

DÜNYA 23 okt 2019, 00:02

Bu görüşün “Sülh çeşməsi” əməliyyatına müsbət təsiri olacaq.

 

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

 

"Tarixi razılaşmaya imza atdıq. 23 oktyabr tarixindən etibarən, 150 saat ərzində YPG təhlükəsizlik bölgəsindən çıxacaq. 150 saatın tamamında 10 kilometr dərinliyində rus-türk patrul fəaliyyəti başlayacaq", - deyə Ərdoğan əlavə edib.

 

Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

 

Eyni zamanda Vladimir Putin də Ərdoğanla danışıqlardan sonra açıqlama verib.

 

"Bu regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük", - deyə Rusiya prezidenti bildirib.

 

Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.

 

Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib.

 

*   *   *

15:36

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş başlayıb.

 

“Anadolu” agentliyi xəbər verir ki, görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib.

 

“Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.

 

Rusiya Prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.

 

Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib.

 

Ərdoğan öz növbəsində Putinlə görüşü Suriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib. (Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top