ABŞ səfirliyi ittihamlara cavab verdi: "Yalandır və absurddur" (VİDEO)

GÜNDƏM 22 okt 2019, 21:26

"Son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması ilə bağlı yayılan ittihamlar yalandır və absurddur".


Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin Müvəqqəti işlər vəkili Maykl Dikerson bildirib.

Maykl Dikerson ABŞ səfirinin müavini

Maykl Dikerson ABŞ səfirinin müavini

 

Maykl Dikerson Azərbaycan dilində yaydığı açıqlamada bildirir ki, ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır: "Mətbuatda yayılan məlumatların geri çəkilməsini təqdir edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil sabit, firavan və demokratik Azərbaycanı dəstəkləyib. Bu illər ərzində ABŞ Azərbaycana 1.5 milyard dollar yardım göstərib. Bu da ölkənin demokratikləşməsi istiqamətində atılan addımlara töhfə verib. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. Bundan sonrakı illərdə də hər iki xalqın manafeyi naminə əməkdaşlığımızı dərinləşdirməyə ümid edir". (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top