AFFA milli futbolçuya ağır cəza verdi

İDMAN 22 okt 2019, 20:12

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.


Demokrat.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra  hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top