AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı — EKSKLÜZİV (YENİLƏNİB)

HADİSƏ 22 okt 2019, 18:46

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti  Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək. 


Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub. 


AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.  


Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top