Bakı Limanı ilə Aktau və Kurik limanları arasında bilet satışları barədə sənəd imzalandı — FOTOLAR

İQTİSADİYYAT 22 okt 2019, 16:38

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "3-cü Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq" adlı beynəlxalq forum öz işinə başlayıb. 


Demokrat.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.


Forumda müxtəlif panellər üzrə süni intellekt və onun qlobal iqtisadiyyatda rolu və təsirləri, nəqliyyat, enerji və ticarət kimi sahələrdə müzakirələrin aparılması nəzərdə tutulur. 


Forum çərçivəsində həmçinin "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının ümumi iclasının, "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca transformasiya", "Trans-Qafqaz Nəqliyyat Dəhlizinin tranzit və logistik imkanlarının artırılması" və "İpək Yolu Dialoqu" mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca transformasiya", nazir müavini Elmir Vəlizadə isə "Avropaya qoşulma - Genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinin inkişafı" adlı paneldə çıxış edəcəklər.


Qeyd edək ki, Gürcüstanın Tiflis şəhərində keçirilən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Konsorsiumuna üzv şirkətlərin növbəti toplantısı çərçivəsində Bakı Limanı ilə Aktau Limanı və eyni zamanda, Bakı Limanı ilə Kurik Limanı arasında bilet satışlarının vahid onlayn rejimi üzərində aparılmasına dair anlaşma memarandumu imzalanıb.


İmzalama mərasimindən sonra Baş direktor Taleh Ziyadov yerli mətbuatın suallarını cavablandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top