İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək

GÜNDƏM 22 okt 2019, 15:42

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini  vəzifəsindən azad edilib.

 

Demokrat.az unikal.org-a istinadən xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsəniov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top