Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil

SİYASƏT 22 okt 2019, 14:11

Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib. 

 

Birinci vitse-spiker deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır. 

 

“Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır.

 

Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?” 

 

Z.Əsgərovun sözlərinə görə, Fazil Mustafa o deputatlardandır ki, televiziyaların efirindədir. 

 

“Bütün günü sosial şəbəkələrdədir”, - deyə o əlavə edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top