Səfir: “Azərbaycan və Ukrayna bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyirlər” — VİDEO

SİYASƏT 22 okt 2019, 13:18

“Bu gün beynəlxalq təşkilatlarda Azərbaycan və Ukrayna bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsinə səs verib”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV telekanalına müsahibə deyib.  


Səfir ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra separatizmə, Ermənistanın təcavüzünə məruz qaldığını vurğulayıb. 


Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsinə dair qətnamələri qəbul olunsa da, təəssüf ki, bu günə qədər dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Bu gün də Ukrayna bu separatizmlə üz-üzə qalıb. 


Azər Xudiyev müsahibəsində, Azərbaycanın həyata keçirdiyi qlobal enerji, nəqliyyat layihələri barədə də geniş məlumat verib. 


Bildirb ki, Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. İri iqtisadi, enerji, nəqliyyat layihələrinin müəllifidir. 


“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında fəal iştirak edir. Verilişdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 100 illik tarixi, GUAM çərçivəsində əməkdaşlığı barədə də məlumat verilib.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top