Tahir Kərimli: "Metrostansiyasının mühafizə zonasında YAP da istəsə mitinq keçirə bilməz"

GÜNDƏM 22 okt 2019, 12:44

“Müxalifət oktyabrın 19-da Bakının mərkəzində mitinq keçirməyə cəhdlə nəyə nail oldu? Əli Kərimli mitinqdən sonra dedi ki, akisyada 10 minlərlə insan iştirak edib.. Bu, yanlışdır. Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir ki, real həyatda da belədir”.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, mitinqdə kütləvilik olmayıb: “Niyə özünüzdən yalanlar uydurursunuz, özünüzü də inandırırsınız? O vaxtlar 100 minlər çıxırdı ki, imperiayadan azad olsun, indi nədən azad olmaq istəyirlər? Hə, dava nədir, sən get, mən yerində oturum... Özləri də bilir ki, idarə edə bilməzlər. Əli Kərimlinin müavinləri mitinqə çıxmadı, haradan bildi ki, 100 minlər onları müdafiə edir? Qanunvericiliyə əsasən, metrostansiyasının mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə, mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır. Görünür, bunlar xaricdən dəstək alırlar...” (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top