Azərbaycanda uşaqlı evə basqın etdilər — VİDEO

HADİSƏ 21 okt 2019, 12:23

Sumqaytda dəhşətli hadisə baş verib. Belə ki, qonşuların mübahisəsi birinin digərinə hücumu ilə yadda qalıb. Film kimi cinayət şəhərin «yaşıl dərə» massivində baş verib.

 

Demokrat.az xəbər verir ki, Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində danışan şikayətçilər inaılmaz iddiaları səsləndirib. Belə ki, teleaparıcı hadisə yerinə baş çəkib. Bəli olub ki, evə həqiqətən də hücum olunub. Osmanovlar bildirib ki, uşaqlar evdə olarkən qonşuları Tofiq adlı şəxs və onun yaxınları evə basqın ediblər. 


Teleaparıcı adı çəkilən şəxslə telefonla danışa bilib. Tofiq bəy iddiaları qismən qəbul edib. «Hə, oğlum hücum edib. Amma and içir ki, ata mən sadəcə bir neçə əşyanı sındırmışam. Qalan nə baş veribsə özləri edib...»


Araşdırma zamanı bəlli olub ki, Tofiq adlı şəxsə Səfair bəyin oğlunun borcu olub. Tofiq bəy pulunu istəyəndə tərəflər arasında mübahisə düşüb. Tofiq bəyə qarşı tərəf «pulunu vermirəm» deyib ardınca almayanıda söyüş qoyub. Bu söyüş iki ailəni bir-birinə düşmən edib...


 
Olduqca müəmmalı hadisəni olduğu kimi sizə təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top